Urmiyada etirazçılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurma - VİDEO

13:40 13 Yanvar 2026

Dünən Urmiya şəhərində etirazçılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaşanıb.

Sitat.info xəbər verir ki, ölkəboyu davam edən İslam Respublikası əleyhinə etirazlar fonunda keçirilən nümayişlər zamanı qəzəbli vətəndaşlar repressiv qüvvələrə hücum ediblər.

Hadisə zamanı etirazçılar küçələrdə toplaşaraq etirazlarını nümayiş etdiriblər. Qarşıdurmalar şəhərin mərkəzi hissələrində baş verib və təhlükəsizlik qüvvələrinin cavab tədbirləri ilə müşayiət olunub.

Sitat.info

 



Xəbər xətti