“Iran Wire” saytının ölkə daxilindəki mənbələri Tehranda və bir sıra şəhərlərdə etirazçılara qarşı həyata keçirilən repressiyalar zamanı ölən və yaralananların sayının misli görünməmiş həddə çatdığını bildirir.
Sitat.info xəbər verir ki, mənbələrin sözlərinə görə, iki gecə davam edən qarşıdurmalar zamanı təhlükəsizlik qüvvələri etirazçılara birbaşa, əsasən baş və boyun bölgəsindən güllə ilə atəş açıb.
Tehran, Şiraz, Nəcəfabad və Nişapur şəhərlərində çalışan tibb işçiləri də ağır itkiləri təsdiqləyib. IranWire-a danışan bəzi həkimlər bildirir ki, “yaralıların və ölənlərin sayı o qədər çoxdur ki, əvvəllər belə bir mənzərə ilə rastlaşmayıblar”.
Hesabat beş tibb işçisi, bir fəal və bir neçə şahidin məlumatlarına, eləcə də video və foto sübutlara əsaslanır. Hüquq müdafiəçiləri internetin kəsilməsi səbəbindən real itkilərin daha çox ola biləcəyini qeyd edirlər.