ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və Ağ Evin yüksəksəviyyəli müşaviri Cared Kuşner yaxın zamanda Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya səfər etməyi planlaşdırırlar.
Sitat.info xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Səfərin planlaşdırılması hələ tamamlanmasa da, görüşün bu ay baş tuta biləcəyi bildirilir.
Agentliyin mənbələrinin sözlərinə görə, Uitkoff və Kuşner Putinə Ukrayna münaqişəsinin başa çatdırılması üçün planın yeni versiyasını təqdim etməyi planlaşdırırlar. Müzakirələr zamanı nizamlamadan sonra ABŞ və Avropanın Ukraynaya təqdim edəcəyi təhlükəsizlik zəmanətlərinə toxunulacağı gözlənilir.
Xatırladaq ki, V.Putinin Uitkoff və Kuşnerlə sonuncu görüşü ötən ilin dekabrın əvvəli baş tutub.