Sülh sazişinə Rusiya yox, Ukrayna mane olur - Tramp

11:35 15 Yanvar 2026

“Potensial sülh sazişinin imzalanmasına Rusiya yox, Ukrayna mane olur”.

Sitat.info  xəbər verir ki, bu fikri ABŞ Prezidenti Donald Tramp “Reuters”ə müsahibəsində bildirib.

ABŞ lideri Rusiya Prezidenti Vladimir Putinin müharibəni başa çatdıra biləcəyini, lakin Ukraynanın sövdələşməyə daha az hazır olduğunu deyib.

Vaşinqtonun rəhbərliyi altında aparılan danışıqların niyə hələ də bu münaqişəni başa çatdıra bilmədiyi barədə suala Tramp qısa cavab verib: “Zelenski”.

Ukrayna liderinin danışıqları uzatması barədə sualı cavablandırarkən Tramp təfərrüata varmayıb.

“Sadəcə düşünürəm ki, onun üçün öz istədiyinə nail olmaq çətindir. Biz Prezident Zelenskini bunu (sülh sazişini - red.) dəstəkləməyə inandırmalıyıq”, - o əlavə edib. 



Xəbər xətti