Hakimiyyət dəyişilsə, İran hərbi nüvə proqramını dayandıracaq, İsraili tanıyacaq və ABŞ-la münasibətləri normallaşdırmağa çalışacaq.
Sitat.info xəbər verir ki, bunu İran şahının oğlu Rza Pəhləvi X səhifəsində yazıb.
“Təhlükəsizlik və xarici siyasət sahəsində İranın hərbi nüvə proqramına son qoyulacaq. Terrorçu qruplara dəstək dərhal dayandırılacaq. Azad İran terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotik qaçaqmalçılığı və ekstremist islamçılığa qarşı mübarizə aparmaq üçün regional və qlobal tərəfdaşlarla əməkdaşlıq edəcək. ABŞ-la münasibətlər normallaşacaq, Amerika və onun xalqı ilə dostluğumuz bərpa olunacaq. İsrail dövləti dərhal tanınacaq. Azad İran, İsrail və ərəb dünyasını birləşdirərək “İbrahim sazişlərini” “Kir sazişlərinə” qədər genişləndirməyə çalışacağıq. Qarşılıqlı tanınma, suverenlik və milli maraqlara əsaslanan yeni bir fəsil başlayacaq”, - o bildirib