Zelenski üçün qərar vermək vaxtı çatıb - Peskov

16:20 15 Yanvar 2026

Kreml ABŞ Prezidenti Donald Trampın Vladimir Zelenskinin Ukraynadakı sülh prosesini ləngitməsi ilə bağlı mövqeyi ilə razıdır.

Sitat.info xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Putin nizamlamaya açıqdır və Moskvanın mövqeyi həm Vaşinqton, həm də Kiyevə yaxşı məlumdur. Vladimir Zelenskinin sülhə xidmət edən qərarlar qəbul etmək üçün məsuliyyət daşımasının vaxtı gəlib çatıb, amma bunu etmir”, - o vurğulayıb.

Qeyd edək ki, Tramp Putinin razılığa gəlməyə hazır olduğunu, lakin Zelenskini razı sala bilmədiklərini bildirib.



Xəbər xətti