ABŞ-ın Oreqon ştatı sahillərində 6 bal gücündə zəlzələ baş verib.
Sitat.info xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Bildirilib ki, zəlzələ ştatın Bandon şəhərindən 295 kilometr qərbdə, yerin 10 km dərinliyində qeydə alınıb.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib.