İrana qarşı yeni sanksiyalar tətbiq oluna bilər - Aİ xarici işlər nazirləri toplanır

12:25 16 Yanvar 2026

Avropa nəşri olan Politico iki avropalı diplomata istinadən xəbər verir ki, Aİ xarici işlər nazirləri 29 yanvarda Brüsseldə keçiriləcək görüşdə İrana qarşı yeni sanksiyalar paketini nəzərdən keçirəcəklər.

Sitat.info xəbər verir ki, təklif olunan siyahıya insan haqlarının pozulmasına görə Aİ sanksiyaları rejimi çərçivəsində 21 maddə daxildir.

Bundan əlavə, Avropa Xarici Fəaliyyət Xidməti sanksiyalar siyahısına dron istehsalı ilə bağlı 10 maddə əlavə etməyi təklif edir.

Politico yazır  ki, Almaniya, Fransa və Hollandiya Tehrana qarşı məhdudiyyətlərin sərtləşdirilməsini ən çox dəstəkləyir. Lakin  Aİ İtaliya, Fransa və İspaniyanın müqavimətinə görə İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımaq niyyətində deyil.

Daha əvvəl Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib ki, Aİ İran əleyhinə sanksiyaların daha da sərtləşdirilməsini istisna etmir.

Nigar,

Sitat.info 



Xəbər xətti