Rusiya Prezidenti Vladimir Putinlə iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.
Sitat.info xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.
"Regiondakı vəziyyət son dərəcə gərgindir. Prezident gərginliyin azaldılması üçün səylərini davam etdirir. Bu yardım təkcə İran üçün deyil, bütün region üçün, regional sabitlik və sülh üçündür. Rusiya, o cümlədən prezidentin səyləri ilə gərginliyin azaldılması üçün kömək göstərməyə davam edir", - Kremlin sözçüsü əlavə edib.
Qeyd edək ki, daha əvvəl V.Putin İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.