İran hökuməti internet kəsintisini ən azı 20 martadək saxlamağı planlaşdırır.
Sitat.info xəbər verir ki, bu barədə İran hökumət sözçüsü Fatimə Mühacirani bildirib.
Məlumata görə, beynəlxalq onlayn xidmətlər Novruz bayramının sonuna qədər bərpa olunmayacaq. Bildirilib ki, İranın “internet-şalteri” layihəsi çərçivəsində əsas rəqəmsal xidmətlərin və bank platformalarının milli şəbəkəyə keçirilməsi planlaşdırılır. Bu da uzunmüddətli internet bloklamalarını asanlaşdıracaq.