Mossad rəhbəri ABŞ-a səfər edib: İran əleyhinə planlar...

16:35 16 Yanvar 2026

İsrailin kəşfiyyat xidməti Mossadın rəhbəri David Barnea İrandakı vəziyyətlə bağlı məsləhətləşmələr aparmaq məqsədilə ABŞ-a səfər edib.

Sitat.info xəbər verir ki, bu barədə “Axios” İsrail mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, səfər Vaşinqton və İsrail arasında İranda davam edən etirazlar, eləcə də Tehranın təzyiqlərinə cavab olaraq ABŞ-ın mümkün hərbi addımları ilə bağlı müzakirələr fonunda baş tutub.

Qeyd edilir ki, Barneanın ABŞ rəsmiləri ilə yanaşı, İranın xarici işlər naziri Abbas Əraqçi ilə birbaşa işləyən Ağ Evin nümayəndəsi Stiv Uitkoffla da görüşməsi gözlənilir.

Barneanın səfəri çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşüb-görüşməyəcəyi isə hələlik məlum deyil.



Xəbər xətti