Polşa səfirliyi Azərbaycana başsağlığı verdi

12:27 19 Yanvar 2026

Polşanın Azərbaycandakı səfirliyi 20 Yanvar faciəsi ilə bağlı başsağlığı verib.

Sitat.info xəbər verir ki, bu barədə səfirliyin X hesabında paylaşım edilib.

“19-20 yanvar 1990-cı ildə Sovet qoşunları vəhşicəsinə Bakıya daxil olaraq Azərbaycan xalqının etirazlarını yatırıb və çox sayda mülki şəxsi qətlə yetirib. Polşa Respublikasının səfirliyi bu hadisələrin qurbanlarının xatirəsini ehtiramla yad edir və Azərbaycanla həmrəyliyini bildirir”, - paylaşımda qeyd edilib.



Xəbər xətti