İran etirazlarında ölənlərin sayı açıqlandı

12:06 21 Yanvar 2026

İranda 24 gün əvvəl başlayan ümumxlaq etirazlarında öldürülən 4519 nəfərin kimliyi müəyyənləşdirilib, öldürülən 9049 nəfərin kimliyinin isə dəqiqləşdirilməsinə çalışılır.

Sitat.info  xəbər verir ki, bunu İran İnsan Haqları Təşkilatı bildirib.

Öldürülənlərdən 197 hökumət məmuru, 33-i azyaşlı və 38-i etiraz aksiyalarında iştirak etməyən mülki şəxslərdir.

Bununla yanaşı, 26314 nəfər həbs edilərək müxtəlif həbsxanalara köçürülüb.

Qeyd olunub ki, internet kəsildiyinə görə öldürülən və həbs olunanların sayı və kimliyinin müəyyənləşdirilməsində gecikmələr olur.



Xəbər xətti