Türkiyə bayrağına qarşı təxribat törədən 14 nəfər saxlanılıb

13:21 21 Yanvar 2026

Türkiyə bayrağına qarşı təxribat törədən 14 nəfər saxlanılıb.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç məlumat verib. Nazir bildirib ki, dövlət bayrağına qarşı törədilən təxribatla bağlı araşdırma davam etdirilir. Qeyd edək ki, ötən gün Mardin vilayətinin Nusaybin rayonunda bir qrup şəxs sərhəddəki Türkiyə bayrağını endirib. Hadisə Suriya tərəfdəki vəziyyətə etiraz məqsədilə keçirilən nümayişdən sonra baş verib.



Xəbər xətti