Zelenski Davosa getdi

14:40 22 Yanvar 2026

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Davosa gedib.

Sitat.info xəbər verir ki, bunu Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov deyib.

“Ukrayna prezidenti Dünya İqtisadi Forumunda iştirak etmək və Prezident Trampla görüşmək üçün İsveçrəyə səfər edib”, - Nikiforov bildirib.

Onun sözlərinə görə, görüşün Kiyev vaxtı ilə saat 14:00-da (Bakı vaxtı ilə 16:00) keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski paytaxt Kiyevin elektrik və su təchizatı ilə bağlı vəziyyəti səbəbindən Davosa səfərini təxirə salmışdı.



Xəbər xətti