Kamran Əsədov HƏBS OLUNDU

17:38 23 Yanvar 2026

Tanınmış təhsil eksperi Kamran Əsədov məhkəmə zalında həbs olunub.

Sitat.info xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyilə qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə proses keçirlib.

Məhkəmə təqsirləndirilən Kamran Əsədovun həbsinə dair qərar çıxarıb.

Qeyd edək ki, K.Əsədova Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan olunub.



Xəbər xətti