Araqçi İrandakı etirazlarda ölənlərin sayını açıqladı

18:32 23 Yanvar 2026

İranın xarici işlər naziri Abbas Araqçi ölkədəki son iğtişaşlarda ölənlərin sayını açıqlayıb.

Sitat.info xəbər verir ki, Abbas Araqçi bu barədə X-dəki paylaşımında qeyd edib.

Nazirin bildirdiyinə görə, İranda kütləvi etirazlar zamanı 3117 nəfər həlak olub.

O, qeyd edib ki, bunlardan 2427-si mülki şəxslər və təhlükəsizlik qüvvələri, eləcə də 690-ı "terrorçu" olub.



Xəbər xətti