“Ukrayna ordusu Donbasdan çıxmalıdır” - Peskov

21:26 23 Yanvar 2026

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün keçirdiyi brifinq zamanı Ukrayna münaqişəsinin nizamlanması üçün Moskvanın əsas şərtini bir daha bəyan edib.

Sitat.info  xəbər verir ki, Peskov Ukrayna Silahlı Qüvvələrinin Donbas (Donetsk və Luqansk vilayətləri – red.) ərazisindən tamamilə geri çəkilməli olduğunu vurğulayıb.

“Ukrayna Silahlı Qüvvələri Donbasdan çıxmalıdır. Bu, nizamlanma üçün çox vacib şərtdir. Danışıqlar masasında hələ müzakirə olunmalı digər nüanslar da qalmaqdadır”, – deyə o söyləyib.

Qeyd edək ki, sözügedən bəyanat Əbu-Dabidə keçirilən üçtərəfli sülh danışıqları ilə eyni vaxta təsadüf edir.

Xatırladaq ki, dünən gecə Rusiya Prezidenti Vladimir Putin Kremldə ABŞ-nin xüsusi nümayəndəsi Stiven Uitkoff və Prezident Trampın kürəkəni Cared Kuşneri qəbul edib.



Xəbər xətti