AB Rusiya ilə bağlı bu qərarı təsdiqlədi

16:20 26 Yanvar 2026

Avropa Birliyi ölkələri 2027-ci ilin sonuna qədər Rusiyadan qaz idxalını qadağan edən qanunu təsdiqləyiblər.

Sitat.info xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Qərara əsasən, AB Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını 2026-cı ilin sonuna qədər, boru kəməri qazının idxalını isə 30 sentyabr 2027-ci ilə qədər dayandıracaq.

Qeyd edək ki, qanunla bağlı keçirilən görüşdə Slovakiya və Macarıstan qərarın təsdiqlənməsinin əleyhinə səs veriblər. Hətta Macarıstan etiraz edərək məsələni Avropa Ədalət Məhkəməsinə aparacağını bildirib.



Xəbər xətti