Rusiyanın Kamçatka bölgəsində güclü zəlzələ baş verib.
Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Məlumata görə, Rixter cədvəli ilə 5,3 bal gücündə zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhərində 149 kilometr cənub-şərqdə qeydə alınıb, yeraltı ocağı isə 32 kilometr dərinlikdə olub.
Zərərçəkənlər və dağıntılar haqda məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.
Məqalədə: