Axios: “Tramp  İranla bağlı hələ yekun qərar verməyib”

09:15 27 Yanvar 2026

Dünən ABŞ prezidenti Donald Tramp “Axios” nəşrinə müsahibəsində İranla bağlı vəziyyətin “dəyişkən” olduğunu bildirib. O, bunun səbəbi kimi bölgəyə “böyük bir armada” göndərildiyini qeyd edib, eyni zamanda Tehranın “həqiqətən razılaşma əldə etmək istədiyinə” inandığını deyib.

Sitat.info xəbər verir ki, bununla bağlı, “Axios” nəşrinin müxbiri Barak Ravid “X” hesabında paylaşım edib.

Tramp bildirib ki, İranın yaxınlığında ABŞ-nin böyük hərbi qüvvəsi yerləşdirilib. Onun sözlərinə görə, bu qüvvə “Venesueladan daha böyükdür”.

Mənbələrin məlumatına əsasən, Tramp hələ İranla bağlı yekun qərar verməyib. Bildirilir ki, ABŞ Prezidenti bu həftə əlavə məsləhətləşmələr aparacaq və ona yeni hərbi seçimlər təqdim olunacaq.



Xəbər xətti