Suriya Prezidenti Əhməd əl-Şaraa Moskvaya gedib.
Sitat.info xəbər verir ki, Suriya liderinin təyyarəsi "Vnukovo" hava limanına enib.
Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin və Suriya lideri Əhməd əl-Şaraa işgüzar səhər yeməyi və ayrıca görüş çərçivəsində danışıqlar aparacaqlar.
Onun sözlərinə görə, dövlət başçıları regiondakı vəziyyəti və iqtisadi münasibətlər də daxil olmaqla, ikitərəfli münasibətləri, eləcə də Rusiya qoşunlarının Suriyadakı mövcudluğunu müzakirə edəcəklər.
Peskov Rusiya qoşunlarının Qamışlıdan çıxarılması ilə bağlı sualları Müdafiə Nazirliyinə ünvanlayıb və Dəməşqin Bəşər Əsədin ekstradisiyası tələbi ilə bağlı sualı isə şərh etməyib.
Xatırladaq ki, bu, Əhməd əl-Şaraanın Rusiyaya ikinci səfəridir.(APA)