ABŞ, Ukrayna və Rusiya arasında növbəti danışıqlar 1 fevralda keçiriləcək...

20:40 28 Yanvar 2026

Rusiya, Ukrayna və ABŞ arasında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçiriləcək növbəti danışıqlar raundu fevralın 1-nə planlaşdırılıb.

Sitat.info xəbər verir ki, Kreml sözçüsü Dmitri Peskov  bu açıqlamanı Moskvada jurnalistlərə açıqlamasında bildirib.

Avropa Birliyinin (AB) Rusiya təbii qazını tamamilə qadağan etmək cəhdini şərh edən Peskov deyib ki, bu, onların problemidir: "Onlar daim qaz tədarükünün şaxələndirilməsi barədə danışırdılar, indi isə əslində özlərini məhdudlaşdırırlar".

Peskov  ABŞ qazının Rusiya qazından daha baha olduğuna diqqət çəkib və deyib ki, Avropa sənayesi bu vəziyyətdən əziyyət çəkir.

Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri ilə Əbu-Dabidə başlayan danışıqlardan danışan Peskov bildirib ki, 1 fevralda yeni danışıqlar planlaşdırılır.

Nigar,

Sitat.info 



Xəbər xətti