"Qurtuluş"da saxlanılanlar ailələrinə qaytarıldı

12:07 30 Yanvar 2026

Barəsində cinayət işi başlanılan "Qurtuluş" Reabilitasiya Mərkəzində müalicə alan pasiyentlər istintaqa çağırılıblar.

Sitat.info Oxu.az-a istinadən xəbər verir ki, mərkəzdə müalicə adı ilə saxlanılan 11 nəfər istintaqa şikayət edərək, azadlıqlarının qanunsuz məhdudlaşdırıldığını deyib.

Prokurorluğun araşdırmaları zamanı həmin şəxslər evlərinə qayıtmaq istədiklərini bildiriblər.

Həmin şəxslərin ailələrinə qaytarılması təmin edilib.

Qeyd edək ki, Sumqayıt Şəhər Prokurorluğunda faktla bağlı cinayət işi başlanılıb, mərkəzin rəhbəri Ceyhun Salmanov və digər iki nəfər saxlanılıb.



Xəbər xətti