Azərbaycanın UFC döyüşçüsü Tofiq Musayevin növbəti rəqibi müəyyənləşib.
Sitat.info xəbər verir ki, təmsilçimiz Samuel Sançeslə üz-üzə gələcək.
Döyüşün aprelin 4-də ABŞ-nin Las-Veqas şəhərində keçiriləcək UFC 115 turniri çərçivəsində reallaşacağı gözlənilir.
Bu, Tofiq Musayevin UFC-dəki ikinci döyüşü olacaq. O, daha əvvəl iyunun 21-də Bakıda baş tutan turnirdə qırğızıstanlı Oralbay Mıktıbeklə qarşılaşıb və rəqibinin ağrıdıcı fəndinə düşərək məğlub olub.
Bildirək ki, döyüş UFC-nin youtube kanalından canlı yayınlanacaq.