Ağdamda kişi həyat yoldaşına balta ilə xəsarət yetirib.
Sitat.info xəbər verir ki, hadisə rayonun Mahrızlı kəndində baş verib.
Kənd sakini, həbsdən yeni çıxan Ceyhun Ağali oğlu Salahov həyat yoldaşı Gülzəndə Abbas qızı Salahovaya çoxsaylı balta zərbəsi ilə xəsarət yetirib.
Hadisə yerinə təcili tibbi yardım əməkdaşları hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Gülzadə Salahovanın vəziyyətinin ağır olduğu bildirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polis əməkdașlarının keçirdikləri tədbir zamanı cinayət əməlini törədən zərərçəkmişin həyat yoldaşı Ceyhun Salahov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır./Teleqraf