Bakıda məşhur restoranda OĞURLUQ

13:42 31 Yanvar 2026

Bakıda məşhur restoranda oğurluq hadisəsi olub.

Hadisə Səbail rayonu ərazisində yerləşən "Olivie Garden" restoranında qeydə alınıb.

İttiham aktına görə, obyektin gözətçisi işləyən 27 yaşlı Nizami Fərəcov (ad və soyad şərtidir) restoranın kassasından 2000 manat pul oğurlayıb. Faktla bağlı N. Fərəcov saxlanılıb və barəsində cinayət işi açılıb.

İstintaq zamanı Nizami əməlindən peşman olduğunu, dəymiş ziyanı tam şəkildə qaytardığını deyib. O, bunları nərəzə alaraq, məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edib.

Səbail rayon Məhkəməsinin qərarı ilə Nizami Fərəcov barəsində 1 il 1 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. /lent.az



Xəbər xətti