Əlillik təyinatında süni intellektdən istifadə olunacaq

12:18 5 Fevral 2026

Cari ildə xidmətlərin təkmilləşdirilməsində süni intellekt (Sİ) əsaslı həllərə mühüm üstünlük veriləcək.

 Sitat.info xəbər verir ki, bunu DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov mərkəzdə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, xüsusilə, əlillik təyinatlarında Sİ həlləri sınaqdan keçirilir.

"Hazırda əlillik qrupunun avtomatik təyin edilməsi 90 %-dək ehtimalla doğru nəticə verir.

Vətəndaşlardan daxil olan bütün müraciətlər vahid mərkəzdən qəbul ediləcək və mərkəzləşdirilmiş şəkildə “Omnichannel” yanaşması əsasında idarə olunacaq", - o vurğulayıb.



Xəbər xətti