Yevlax sakini evində vurulan iynədən şoka düşərək ölüb.
Sitat.info Report-a istinadən xəbər verir ki, rayon sakini, 54 yaşlı Z.Quliyev sağlamlığında yaranan problem səbəbindən evində antibiotik iynə vurulub.
Bundan sonra onun halı pisləşərək şoka düşüb. Zərərçəkən Yevlax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.