Rusiyanın yüksək rütbəli hərbi zabiti, general-leytenant Vladimir Alekseyev cümə günü Moskvada güllələndikdən sonra xəstəxanaya yerləşdirilib.
Sitat.info Reuters-ə istinadən xəbər verir ki, bu, yüksək rütbəli hərbi vəzifəli şəxslərə qarşı bir sıra hücumların sonuncusudur.
Alekseyev Rusiyanın hərbi kəşfiyyatı olan QRU-nun rəis müavinidir.
Onun rəisi İqor Kostyukov, potensial sülh müqaviləsinin təhlükəsizlik aspektləri üzrə Əbu-Dabidə Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edir.
Aytac,
Sitat.info