Rusiyadan gözlənilməz addım! Nüvə mütəxəssislərini İrana göndərdi

12:05 10 Fevral 2026

Bu gün Rusiyadan İranın Buşehr liman şəhərinə xüsusi reyslə rusiyalı nüvə enerjisi mütəxəssisləri gəlib.

Sitat.info xəbər verir ki, məlumatı “FlightRadar24” platforması yayıb.

Hazırda mütəxəssislərin Buşehr Atom Elektrik Stansiyasında (AES) işləri davam etdirmək üçün gəldiyi, yoxsa uçuşun personalın təxliyəsi məqsədi ilə təşkil olunduğu bəlli deyil. Bununla bağlı, rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, stansiya İranın yeganə nüvə elektrik enerjisi mənbələrindən biridir və bölgədəki son geosiyasi vəziyyət fonunda bu uçuş diqqət çəkib.

Aytac,

Sitat.info
 



Xəbər xətti