Suraxanıda itlər məktəblilərə hücum etdi: 2 azyaşlı yaralandı - FOTO

13:18 10 Fevral 2026

Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “MİDA-1” və MİDA-2” yaşayış komplekslərinin arasındakı ərazidə küçə itləri azyaşlıya hücum edib.

Bu barədə Sitat.info-ya qəsəbə sakinləri məlumat veriblər.

\


Bildirilib ki, fevralın 4-də küçə itləri məktəbə gedən şagirdlərə hücum edib. Nəticədə iki şagirdi it dişləyib.

Qeyd edək ki, Hövsan "MİDA 2"-də məktəb fəaliyyətə başlamadığından, şagirdlər  "MİDA-1”də yerləşən 172 saylı məktəbə gedirlər və təxminən bir kilometrdən çox yol qət edirlər.

Bu ərazidə isə çox sayda sahibsiz itlər var və dəstə şəklində hücum edirlər. Sakinlər deyir ki, dəfələrlə onların müdaxiləsi sayəsində bədbəxt hadisələrin qarşısı alınıb. 


Gülxar,
Sitat.info



Xəbər xətti