Bu gün "Şamaxı" – "Qarabağ" oyununun keçiriləcəyi stadion qardan təmizlənir.
Sitat.info xəbər verir ki, Şamaxı şəhər stadionunun qardan təmizlənməsinə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da qoşulub.
Onun bu addımı azarkeşlər tərəfindən rəğbətlə qarşılanıb.
Qeyd edək ki, Misli Premyer Liqasının XIX turunda "Şamaxı" – "Qarabağ" matçı bu gün saat 14:50-də başlayacaq.