ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Ermənistana səfərini başa vuraraq İrəvanı tərk edib.
Sitat.info xəbər verir ki o, Bakıya yola düşməzdən əvvəl jurnalistlərə səfər təəssüratları barədə danışıb.
“Sülh yaratmaq bir addımdır, sülhü qorumaq isə növbəti addımdır. Burada çox məhsuldar 24 saat keçirdim. Gəldiyimiz yerdən çox məmnunam. Ermənistan və Azərbaycan arasında iqtisadi müstəqilliyi təmin etməklə, sülh müqaviləsinin qorunub saxlanılması üçün fürsət yaradırıq”, - Vens bildirib