Nənə və nəvə dəm qazından öldü

19:00 10 Fevral 2026

Qobustanda nənə və nəvə dəm qazından zəhərlənərək ölüb.

Sitat.info xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün günorta saatlarında Qobustan şəhəri ərazisində baş verib.

İlkin məlumata görə, 1958-ci il təvəllüdlü Qızbacı Mədətova və onun nəvəsi 2013-cü il təvəllüdlü Gülmalı Mədətov hamam otağında dəm qazından zəhərlənərək həyatlarını itiriblər.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti