Təbriz Universitetinin Əczaçılıq Fakültəsində təhsil alan 24 yaşlı Selin Radmehr SEPAH-ın kəşfiyyat məmurları tərəfindən həbs edilib.
Sitat.info "Azad İran" telegram kanalına istinadən xəbər verir ki, ço, fevralın 8-i səhər saatlarında yaşadığı evdə tutulub. Həbs zamanı təhlükəsizlik qüvvələrinin onun telefonunu və şəxsi kompüterini də götürdüyü bildirilir.
Hazırda Radmehrin harada saxlanıldığı və sağlamlıq durumu ilə bağlı rəsmi məlumat verilməyib.
Qeyd edək ki, Selin Radmehr bundan əvvəl də yanvarın 9-da qısa müddətə tutulmuşdu.
Aytac