Polis 62 kiloqrama yaxın narkotik vasitə aşkarladı

10:12 11 Fevral 2026

Ötən gün polis əməkdaşları tərəfindən narkotiklərlə bağlı bir sıra əməliyyatlar keçirilib.

Bu barədə Sitat.info-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 10-da ümumi çəkisi 62 kiloqrama yaxın narkotik vasitə və 3902 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.



Xəbər xətti