Dünən Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib ki, ABŞ və İran arasında nüvə sazişi ilə bağlı danışıqlarda müəyyən irəliləyiş var, ancaq Vaşinqtonun Tehrana qarşı çox geniş tələbləri konflikt riskini artırır.
Sitat.info xəbər verir ki, Fidan bu fikirləri “Financial Times” qəzetinə müsahibəsində səsləndirib.
O bildirib ki, ABŞ sıfır səviyyəli uran zənginləşdirmə tələbindən imtina etməyə və İranın müəyyən səviyyədə uran zənginləşdirməsinə icazə verməyə hazırdır. Bu isə danışıqlarda müsbət addım hesab edilir.
Nazir qeyd edib ki, tərəflər artıq bir-birinin limitlərini başa düşürlər və razılığa gəlinməsi üçün zəmin var.
Fidanın sözlərinə görə, ABŞ-nin İranın ballistik raket proqramı və Yaxın Şərqdə müttəfiqlərinə dəstək məsələlərini nüvə sazişi ilə eyni vaxtda həll etməyə israrlı olması danışıqlarda durğunluğa səbəb ola bilər.
Nigar,
Sitat.info