SON DƏQİQƏ: Türkiyə və Ermənistan RAZILIĞA GƏLDİ

18:09 13 Fevral 2026

Ankara və İrəvan birbaşa quru ticarətinə başlamaq barədə razılığa gəliblər.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin T24 nəşri məlumat yayıb.

Əvvəllər ölkələr arasında yük daşınmaları Gürcüstanda vasitəçilər vasitəsilə həyata keçirilir və "təkrar ixrac" kimi təsnif edilirdi.

"Al Monitor"un jurnalisti Ezgi Aki iki kommersiya mənbəyinə istinadən qeyd edir ki, yük artıq bütün səyahəti boyunca ilkin ixrac statusunu saxlayacaq. Tərəflər bu addımı normallaşma prosesinin bir hissəsi olaraq atırlar. Ölkələr arasında birbaşa hava yük reysləri artıq başlayıb.

Türkiyə-Ermənistan Biznesinin İnkişafı üzrə İcra Şurasının sədr müavini Noyan Soyakın sözlərinə görə, "qərar bir müddət əvvəl verilib və texniki işlər artıq başlayıb". O, həmçinin qeyd edib ki, yeni sxem türk şirkətləri üçün əlavə xərcləri 10-15% azaldacaq.

Ermənistan Statistika Komitəsinin məlumatına görə, Türkiyə ilə Ermənistan arasında ikitərəfli ticarət 2024-cü ildə 336 milyon dolları keçib. Türkiyədən Ermənistana idxal təxminən 335 milyon dollar təşkil edib və bu daşımaların təxminən 40%-i quru yolu ilə Gürcüstan ərazisindən daşınıb. Türkiyənin Ermənistana əsas ixrac məhsullarına maşın və mexaniki avadanlıqlar, dəmir və polad məhsulları, digər sənaye malları və tekstil məhsulları daxildir.



Xəbər xətti