1451-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

18:36 13 Fevral 2026

Rusiya müharibənin 1451-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 670 təyyarəsi, 283 helikopteri, 113 957 PUA-sı, 650 zenit-raket kompleksi, 27 647 tank və digər zirehli texnikası, 1 664 reaktiv yaylım atəş sistemi, 33 257 artilleriya və minaatanı, 54 266 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.



Xəbər xətti