ABŞ ordusu İrana qarşı həftələrlə davam edə biləcək davamlı hərbi əməliyyat ehtimalına hazırlaşır.
Sitat.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi iki ABŞ rəsmisinə istinadən xəbər verir.
Məlumata görə, Donald Trampın göstərişi ilə bu ssenari iki ölkə arasında əvvəlki qarşıdurmalardan daha geniş və ciddi münaqişəyə çevrilə bilər.
Məsələnin həssaslığı səbəbilə anonimlik şərti ilə danışan rəsmilər bildiriblər ki, hərbi planlaşdırma Vaşinqton və Tehran arasında paralel şəkildə davam edən diplomatik səylərlə yanaşı aparılır. Onların fikrincə, bu vəziyyət hər iki tərəf üçün riskləri əhəmiyyətli dərəcədə artırır.
Məlumatda qeyd olunur ki, ötən həftə ABŞ və İran diplomatları Omanda görüşərək, ABŞ-nin regionda hərbi mövcudluğunun artması və Trampın sərt ritorikası fonunda İranın nüvə proqramı ilə bağlı danışıqların bərpasını müzakirə ediblər.
Aytac,
Sitat.info