Tramp ABŞ-nin ən böyük təyyarədaşıyan gəmisinin fotosunu paylaşdı

12:40 14 Fevral 2026

Dünən ABŞ Prezidenti Donald Tramp sosial mediada ABŞ-nin ən böyük təyyarədaşıyan gəmisinə aid foto paylaşıb. Tramp şəkli özünün “Truth Social” platformasında heç bir izahat vermədən yayımlayıb.

Paylaşım ABŞ–İran münasibətlərində gərginliyin davam etdiyi bir vaxta təsadüf edir və Vaşinqtonun Tehrana yönəlik növbəti xəbərdarlığı kimi qiymətləndirilir.

Xatırladaq ki, Tramp daha əvvəl İranla danışıqların uğursuz olacağı təqdirdə ABŞ-ın təyyarədaşıyan gəmisinin bölgədə olmasının vacibliyini vurğulamışdı. Son paylaşım da bu mövqenin davamı kimi şərh olunur.



Xəbər xətti