Xamenei Trampla görüşmək istədiyini desə... - Rubio

15:49 14 Fevral 2026

Əgər sabah Ayətullah (İranın ali rəhbəri Əli Xamenei – red) Trampla görüşmək istədiyini desə, ABŞ prezidenti onunla görüşər.

Sitat.info xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio “Blumberq“ə müsahibəsində deyib.

“Ona görə yox ki, Tramp Ayətullahla razılaşır, ona görə ki o, problemlərin həll yolunun bu olduğunu düşünür. Tramp kiminləsə görüşməyi güzəşt hesab etmir”,- Rubio əlavə edib.



Xəbər xətti