Rubiodan Avropaya çağırış: Yeni dünya nizamı üçün...

16:28 14 Fevral 2026

ABŞ hərəkətə keçərək dünya nizamını yenidən qurmağı öz üzərinə götürür.

Sitat.info  xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mark Rubio Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

“Lazım gələrsə, bunu təkbaşına etməyə də hazırıq, amma bunu Avropadakı dostlarımızla birlikdə etməyə üstünlük sayırıq. Ümid edirik ki, bu belə olacaq. Çünki ABŞ və Avropa bir-birinə aiddir", - deyə o bildirib.

Dövlət katibi qeyd edib ki, məhz buna görə də amerikalılar bəzən birbaşa və təcili hərəkət edə bilir:

“Prezident Tramp da Avropadakı dostlarımızdan ciddilik və qarşılıqlı münasibət gözləyir. Bəzən yaranan fikir ayrılıqları təkcə iqtisadi və hərbi baxımdan deyil, həm də mənəvi, eyni zamanda mədəni cəhətdən bağlı olduğumuz Avropaya olan dərin narahatlığımızdan irəli gəlir. Biz Avropanın güclü olmasını istəyirik. Biz inanırıq ki, Avropa yaşamalıdır”.



Xəbər xətti