“Qurtuluş” Reabilitasiya Mərkəzi bağlandı

11:57 16 Fevral 2026

“Qurtuluş” Reabilitasiya Mərkəzi fəaliyyətini dayandırılıb.

Sitat.info Teleqraf-a istinadla xəbər verir ki, mərkəzdə müalicə alan bütün xəstələr evə buraxılıb. Qeyd edək ki, sözügedən mərkəzin adı son vaxtlar daha çox orada müalicə olunan və sonradan mərkəzi tərk edən Əməkdar jurnalist Nəsimi Nəbizadə ilə bağlı hallanıb. Həmin ərəfələrdə mərkəzdəki qanun pozuntuları ilə bağlı prokurorluğa məlumat daxil olub.

Mərkəzinin rəhbəri Ceyhun Salmanov və daha iki əməkdaş saxlanılıb. C.Salmanov barəsində 2 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilib.



Xəbər xətti