Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ ilə mümkün danışıqlarla bağlı mövqeyini açıqlayıb.
Sitat.info xəbər verir ki, o, “X” hesabında paylaşım edərək bildirib ki, təhdid şəraitində edilən güzəştlər müzakirə olunmayacaq.
Əraqçının sözlərinə görə, o, Cenevrəyə ABŞ ilə ədalətli və bərabər əsaslara söykənən razılaşmaya nail olmaq məqsədilə real və konstruktiv ideyalarla gedib. Nazir vurğulayıb ki, danışıqların gündəliyində təzyiq və ya təhdid altında güzəşt məsələləri yer almır.
İranın XİN rəhbəri bu gün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin baş direktoru Rafael Qrossi ilə texniki məsələlərin müzakirəsi üçün görüş keçirəcəyini açıqlayıb.
Bundan əlavə, Əraqçı danışıqlara başlamazdan öncə, fevralın 17-də Oman xarici işlər naziri Bədr əl-Busaidi ilə ayrıca görüş planlaşdırdığını bildirib.
Nigar,
Sitat.info