İran- ABŞ danışıqları bu şəhərdə keçiriləcək

13:10 16 Fevral 2026

İran və ABŞ arasında danışıqların növbəti mərhələsi İsveçrənin Cenevrə şəhərində keçiriləcək.

Sitat.info xəbər verir ki, görüş 17 fevral tarixində Omanın Cenevrədəki səfirliyində baş tutacaq.

Danışıqların vaxtında hər hansı dəyişiklik edilmədiyi bildirilir.

İran xarici işlər nazirinin səfəri çərçivəsində çərşənbə axşamı Silahsızlanma Konfransında çıxış edəcəyi də açıqlanıb.

Eyni zamanda, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin baş direktoru Rafael Qrossi və İranın xarici işlər naziri Abbas Əraqçı arasında görüşün keçirilməsi ehtimalı da istisna olunmur.

Nigar,

Sitat.info 



Xəbər xətti