İtaliyanın şimal-qərbindəki Valle d'Aosta bölgəsindəki xizək kurortunda qar uçqunu nəticəsində 29-35 yaşlarında üç fransız xizəkçi həlak olub.
Sitat.info xəbər verir ki, "La Republica" qəzetinin məlumatına görə, bazar günü ikisi hadisə yerində, üçüncüsü isə xilasedicilər tərəfindən tapıldıqdan sonra ağır vəziyyətdə xəstəxanaya aparıldıqdan sonra həlak olub.
Üç fransız xizəkçi qar uçqunu xəbərdarlıq zonasında olub. Bu zona 2400 metrə qədər 3-cü dərəcəli uçqun təhlükəsi, daha yüksək hündürlüklərdə isə 4-cü dərəcəli uçqun təhlükəsi kimi qiymətləndirilib. Xilasetmə və axtarış əməliyyatlarına iki Alp Xilasetmə helikopteri cəlb edilib. Xizəkçilər bir metr qalınlığında qarın altında qalıblar.