Milli Kəşfiyyat Təşkilatı (MİT) və Kayseri Vilayət Polis İdarəsi FETÖ təşkilatının mövcud strukturunu hədəf alan birgə əməliyyat keçirib.
Sitat.info xəbər verir ki, Kayseri Baş Prokurorluğunun koordinasiyası ilə səkkiz aylıq texniki və fiziki müşahidə və telefon dinləmələrindən sonra Kayseri, İstanbul, Adana və Mersində eyni vaxtda əməliyyatlar həyata keçirilib. Bu əməliyyatlarda 144 qrup, 676 şəxsi heyət və xüsusi əməliyiyat bölmələri iştirak edib və nəticədə 70 şübhəli həbs olunub.
Əməliyyat zamanı gizli səs yazısı və kamera cihazı, üç sənədsiz tüfəng, bir boş tapança, 50 patron və müxtəlif miqdarda təşkilati sənədlər və rəqəmsal materiallar müsadirə edilib.
Şübhəlilər hazırda polis bölməsində dindirilir.
Nigar,
Sitat.info