Sabahın hava proqnozu

13:30 17 Fevral 2026

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Sitat.info-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, bəzi yerlərdə arabir duman olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8, gündüz 10-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunudan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10,gündüz 19-24 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.



Xəbər xətti